MSK sabiq nazir oğlunun namizədliyini ləğv etdi - SƏBƏB


46 saylı Şirvan seçki dairsəindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

İclasda bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var.

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.

Qeyd edək ki, namizədliyi ləğv edilən Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

DİGƏR XƏBƏRLƏR

Top