Türkiyə qar uçqununa görə ölənlərin sayı 23-ə çatdı - YENİLƏNİB


Türkiyənin Van vilayətinə qar uçqunu səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, son məlumatlara görə Türkiyənin Van vilayətinin Bağçasaray rayonunda qar uçqunu səbəbilə ölənlərin sayı 23-ə çatıb. Onlardan 8-i jandarma, 3-ü fövqəladə hallar işçisi, 3-ü mühafizəçi, 9-u isə sıravi vətəndaşdır.

***16:42
Türkiyədə qar uçqunu səbəbilə ölənlərin sayı 12-ə çatıb.

Yeniavaz.com xəbər verir ki, Türkiyənin Van vilayətinin Bağçasaray rayonunda qar uçqunu altında qalan 2 nəfərin axtarışları vaxtı daha bir qar uçqununun baş verməsi ilə vəfat edənlərin sayı 12-ə çatıb. Ölənlər 8 jandarma, 3 mühafizəçi, və 1 fövqəladə hallar işçisidir. Hadisə yerinə 15 təcili yardım maşını gətirilib.
Xilasetmə işləri davam edir.

***15:45
Türkiyənin Van vilayətinin Bağçasaray rayonunda qar uçqunu səbəbilə ölənlərin sayı artır.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Van vilayətinin Bağçasaray rayonunda güclü qar uçqunu baş verib. Təbii fəlakət səbəbilə 8 Türkiyə vətəndaşı dünyasını dəyişib. Hazırda xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top