Trampın Konqresdəki çıxışnda gərgin anlar – Pelosi prezidentin nitqinin mətnini cırdı – VİDEO


ABŞ Prezidenti Donald Trampın dünən gecə Konqresdəki çıxışı zamanı Nümayəndələr Palatasının sədri Nensi Pelosi arasında gərgin anlar yaşanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, adəti üzrə dövlət başçısı çıxışından əvvəl nitqinin mətnini senatın vəzifəsini icra edən ABŞ-ın vitse-prezidentinə və Nümayəndələr Palatasının spikerinə təqdim etməlidir. Bu da atədən əl sıxışması ilə müşayiət olunur, yəni bir il əvvəl kimi bu belə idi.
D.Tramp da ənənəyə sadiq qalaraq, nitqinin qovluqlarını vitse-prezident Mayk Pensə və Palatanın spikeri Nensi Pelosiyə təhvil verib. Qovluğu aldıqdan sonra, Pelosi görüşmək üçün əlini uzatsa da, Tramp üzünü çevirərək çıxış üçün nəzərdə tutulmuş yerə gedib. Bu zaman Pelosinin üzündəki əsəbi jest gözlərdən yayınmayıb.
Konqresdəki çıxışından sonra D.Tramp Pensin və Pelosinin əlini sıxmadan, yol boyu partiyadaşları ilə əl sıxaraq çıxışa tərəf gedib. O zaman spiker Nensi Pelosi masanın üzərindəki prezidentin çıxışı olan bir neçə vərəqi cırıb.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top