Yevlaxda xəsarətlə nəticələnən yol qəzası oldu


Yevlaxda xəsarətlə nəticələnən yol qəzası olub.

Yeniavaz.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax şəhərindən keçən hissəsində baş verib. "Opel" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Opel"in sürücüsü Xəlilov Vüsal Akif oğlu ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top