Bakıya 300 ədəd avtobus gətirilib - FOTO


Bakıya 300 ədəd yeni və müasir avtobus gətirilib.

Yeniavaz.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda həmin avtobuslar marşrut xətlərinə buraxılacaq: "Həmin avtobusların 20 ədədi 18 metr, qalanı isə 12 metrlikdir. Prezident İlham Əliyevin göstərişi ilə bu il üçün daha 415 yeni avtobusun alınması nəzərdə tutulur. Bu da Bakıda avtobus parkının təxminən 60-70 faizinin yenilənməsinə səbəb olacaq".

DİGƏR XƏBƏRLƏR

Top