Koronavirusa yoluxanlar üçün xəstəxana ilk xəstəsini qəbul etdi - VİDEO


Çinin Uhan şəhərində koronovirusla mübarizə məqsədiylə tikilən xəstəxananın görüntüləri paylaşılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən xəstəxananın və virusa yoluxan xəstələrin müalicəsi üçün nəzərdə tutulan otaqların görüntüləri sosial mediada paylaşılıb. 10 gün müddətində tikilən “Huoshenshan” xəstəxanası 1400 tibb işçisi ilə xidmətə başlayıb və 1000 nəfərlik yataqla təchiz olunub. Bildirilir ki, sözügedən xəstəxana artıq ilk pasientlərini qəbul edib.
Qeyd edək ki, xəstəxananın tikintisinə yeddi minə yaxın işçi cəlb olunmuşdu. Çin hökuməti üç gündən sonra bu tip daha bir xəstəxananın açılacağına dair söz verib.

Lalə Cəfərli
 

DİGƏR XƏBƏRLƏR

Top