
ABŞ-ın Virciniya əyalətində yerləşən federal tədqiqat qurumu Beynəlxalq Elm Fondu (NSF) Günəşin indiyə qədər çəkilmiş ən aydın görüntülərini yayımlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Günəşin indiyə qədər çəkilmiş ən keyfiyyətli görüntüləri “İnouye” adlı Günəş teleskopu ilə çəkilib. Dünyanın ən böyük teleskopu ilə 4 metrlik ayna vasitəsiylə çəkilən görüntülərdə Günəşin nizamsız səthi və maqnetik partlayışlar ətraflı şəkildə görünür. Mütəxəssislər Günəşin bütün səthini əhatə edən qaynar plazma modelini ilk dəfə bu qədər yaxından görüntüləndiklərini açıqlayıblar. NFS direktorunun sözlərinə görə, sözügedən teleskop Günəş fırtınalarını da daha yaxşı təxmin etməyə kömək edəcək.
The NSF's Inouye Solar Telescope provides unprecedented close-ups of the sun’s surface, but ultimately it will measure the sun’s corona – no total solar eclipse required. 😎
— National Science Foundation (@NSF) January 29, 2020
More: https://t.co/UsOrXJHaY1 #SolarVision2020 pic.twitter.com/DO0vf9ZzKC
Lalə Cəfərli