
Yola saldığımız 2019-cu ildə Azərbaycandan xarici ölkələrə 1 milyard 954 milyon dollar dəyərindən qeyri-neft məhsulları ixrac olunub. Bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Gömrük Komitəsinə istinadən açıqlayıb.
Yeniavaz.com-un açıqlanan rəsmi rəqəmlərə istinadən apardığı hesablama göstərir ki, Azərbaycanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 195 dollar olub. Bildiyimiz kimi, rəsmi statistikaya görə Azərbaycan əhalisinin sayı 10 milyon 60 min nəfəri ötüb.
Maraqlıdır ki, xarici ölkələrə neft-qaz məhsulları ixrac etməyən qonşu Gürcüstan və Ermənistanda adambaşına düşən ixracın həcmi Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.
Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı məlumata görə, yola saldığımız 2019-cu ildə bu ölkədən xaricə 3 milyard 771,5 milyon dollar dəyərində məhsul (qeyri neft-qaz) ixrac olunub. Gürcüstan əhalisinin 3 milyon 723,5 min nəfər olduğunu nəzərə alsaq, bu ölkədə adambaşına düşən qeyri-neft məhsulları ixracı 1013 dollar olub. Rəqəmlərdən də göründüuyü kimi Gürcüstanla müqayisədə Azərbaycanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 5,2 dəfə az olub.
Ermənistan Statistika Komitəsinin məlumatına görə əhalisi 2 milyon 961,4 min nəfər olan bu ölkədə qeyri-neft məhsullarının ixracı 2 milyard 401,7 milyon dollar olub. Bu isə o deməkdir ki, Ermənistanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 811 dollar olub. Nəticədə Azərbaycanla müqayisədə Ermənistanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 4,2 dəfə çox olub.
Gürcüstan | Ermənistan | Azərbaycan | |
Əhalinin sayı | 3 723,5 min nəfər |
2 961,4 min nəfər |
10 060,2 min nəfər |
Ümumi ixrac (qeyri-neft-qaz) |
3 771,5 milyon dollar |
2 401,7 milyon dollar |
1 954 milyon dollar |
Adambaşına düşən ixrac (qeyri-neft-qaz) |
1 013 dollar |
811 dollar |
195 dollar |
A.Cəfərov