
Çin hökumətinin gördüyü tədbirlər koronavirusla mübarizədə istənilən nəticəni vermir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus səbəbilə ilk dəfə Honk-Konqda bir nəfər dünyasını dəyişib, ümumilikdə isə ölənlərin sayı 500-ü keçib. Çinin siyasi addımlarını müəyyənləşdirən dövlət bürosu koronavirusla mübarizədə bir çox çatışmazlıqların olduğunu etiraf edib:
"Bizim üçün böyük bir sınaq oldu, buradan lazımi nəticələri çıxarmalıyıq".
Siyasi büro həmçinin bildirib ki, xəstəliyin qarşısının alınması üçün bütün məsul şəxslər vəzifələrini layiqincə yerinə yetirməlidir. Əks halda həmin şəxslərin cəzalandırılacağı söylənilib.
Ruslan Yusibov
Tətbiqimizi yükləyə bilərsiniz