Çində koronavirusdan ölənlərin sayı 425 nəfərə çatdı - DƏHŞƏTLİ VİRUS SÜRƏTLƏ YAYILIR


Koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb, yoluxanların sayı isə 19 700-ü ötüb. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin rəsmi mənbəsinin yaydığı məlumatda bildirilib. 

Son bir gündə Çində virusa yoluxanların sayı 2.8 min nəfərə, ölənlərin sayı isə 57-yə yüksəlib.

Yoluxanların yarısından çoxu (13,5 min hal, o cümlədən 414 ölüm) inzibati mərkəzi Uhan şəhəri olan Hubey əyalətindədir. 

Bu əyalətdə ötən gün 2345 nəfər koronavirusa yoluxub,  64 nəfər dünyasını dəyişib. 

Son bir gündə Quanduon əyalətində 725, Çejianqda 724, Henanda 566, Hananda 521 və Anhuidə 408 nəfərin yeni virusa yoluxduğu bildirilib. 

Pekində bu hal 212, Şanxayda isə 203 nəfərdə qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top