"Lotu Quli"ni kimlər və niyə öldürmək istəyib? - ADLAR


İstanbulda "Lotu Quli"yə (Nadir Səlifov) qarşı hücumu gürcü əsilli "qanuni oğru" Quram Çixladze planlaşdırıb.
Yeniavaz.com lent.az-a istinadən xəbər verir ki, Çixradzenin bu hərəkəti qisas xarakteri daşıyırmış.
Məlumata görə, Quramla Qulinin düşmənçiliyi bir qədər əvvələ gedib çıxır. Söhbət ondan gedir ki, Çixladzenin Rövşən Lənkəranskinin qohumları və tərəfdarları ilə dostluq münasibətlərində olması "Lotu Quli"ni qəzəbləndirib. Qulinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, Quram ömrünün sonuna kimi Lənkəranskiyə sadiq qalacağını bildirib.
Sonucda Quli onu İstanbula, villasına dəvət edib, onunla geniş söhbət edib. Çixladze yenə sözündən dönməyib. Nəticədə, Qulinin yaxın adamı, qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) onu vurub. Əslində “Dikiy Arman”ın bu hərəkəti Qulinin özünü də qəzəbləndiribmiş. Amma “Dikiy Quram” Çixladzenin “qanuni oğru” statusu daşımasından xəbərsiz olduğunu bildirib.
Amma bununla belə, Çixradze və tərəfdarları bu sillənin əvəzinin nə vaxtsa çıxacağını bəyan ediblərmiş.
Təsadüfi deyil ki, Çixradze ilə həbs edilən 8 azərbaycanlının hamısı Ləkəranskinin tərəfdarıdır.
Onlardan üçünün adı məlumdur. Bunlar Qasımov Emin Əşrəf oğlu (Emin Naxçıvanski), Vaxa Bakinski (Vahid Qaraçuxurlu) və Fuad Sumqayitskidir.

DİGƏR XƏBƏRLƏR

Top