
Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirusun bütün dünyanı əhatə edə biləcəyi bildirilib.
Yeniavaz.com "New York Times"a istinadla xəbər verir ki, ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fausi koronavirusun gözlənildiyindən daha təhlükləli hala çevrilə biləcəyini söyləyib:
"Dünyada bir çox ölkə bəhs etdiyimiz xəstəliyə qarşı güclü tədbirlərə əl atır, ancaq, buna baxmayaraq koronavirus qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Çünki, hələ də bu virusun nə qədər təhlükəli olduğu dəqiqləşdirilməyib".
Antoni Fausi həmçinin bildirib ki, koronavirusun insana nə qədər və hansı şəkildə zərər verəcəyinin bilinməməsi onun ən təhlükəli tərəflərindəndir.
Qeyd edək ki, koronavirus 2 aydan daha az vaxtda 360 nəfərin ölümünə səbəb olub, həmçinin 23 ölkədə virusa yoluxma halları qeydə alınıb.
Ruslan Yusibov
Tətbiqimizi yükləyə bilərsiniz