Koronavirusa yoluxan körpənin duyğulandıran görüntüləri - VİDEO


Çində atasını görmək istəyən virus daşıyıcısı körpənin videosu izləyənlərə duyğulu anlar yaşadıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çindəki xəstəxanalardan birində çəkilən körpənin görüntüləri gündəm olub. Koronavirusa yoluxduğu üçün karantinə alınan körpə şüşə maneə arxasından atasını görərkən sevinməyə başlayır. Bir müddət bir-birinə baxdıqdan sonra körpə gülümsəyərək atasından onu qucaqlamasını istəyir. Atası isə ona yaxınlaşa bilmədiyi üçün ağlamağa başlayıb. Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə ən çox izlənən videolar sırasına daxil olub.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top