Saakaşvilidən Ukrayna ilə bağlı qəribə proqnoz: “Beş ölkəyə parçalana bilər”


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın beş müstəqil dövlətə parçalanacağını proqnozlaşdırıb. 
Yeniavaz.com xəbər verir ki, o, bu barədə "112 Ukrayna" kanalının efirində bildirib.
Politoloqun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin uğursuz siyasəti ölkəni qaçınılmaz bir iqtisadi böhrana salacaq: “Buna xüsusilə ölkədəki oliqarxlar səbəb olacaqlar. Onlar artıq ölkədən kənarda öz ordularını qurublar.  Məsələn, Odessanın meri Hennadiy Truxanov və Xarkov meri Hennadiy Kernes. Bunların  xüsusi bir ordusu var və Ukraynanı beş müstəqil ölkəyə parçalamaq üçün xüsusi plan hazırlayırlar”. 

İlahə Hüseynova 

DİGƏR XƏBƏRLƏR

Top