
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən gələn məktub və bağlamalarda koronavirusla bağlı təhlükənin olub-olmadığına aydınlıq gətirib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, məlumatda Çindən bağlama qəbul edən insanların yeni koronavirusa yoluxma riskinin olmadığı qeyd olunub.
“Koronavirus məktub və bağlama kimi əşyalarda uzun müddət yaşamır”, deyə məlumatda bildirilib.