
Azərbaycanda, Türkiyədə və eləcə də dünyanın bir-çox ölkəsində fəaliyyət göstərən "Sputnik" xəbər agentliyinin baş redaktor, erməni əsilli Marqarita Simonyan anası haqqında maraqlı məlumat paylaşıb.
Yeniavaz.com xəbər verir ki, "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında qaynanasının - erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayanın anasının ad günündən video görüntü paylaşıb.
Paylaşılan video görüntüdə Marqarita Simonyanın anası Zinaida Simonyanın mahnı oxuduğu görülür. İzləyicilər Simonyandan anasının həmin mahnının hansı dildə oxuduğunu soruşublar. Marqarita Simonyan bildirib ki, anasının oxuduğu mahnının adı "Yaman"dır və o, bu mahnını həmşini dilində oxuyur.
Məlumat üçün bildirək ki, həmşinilər Türkiyə ərazisində, əsasən Qara dəniz sahillərində yaşayan etnik xalqdır. Müsəlman olan həmşinilərin dili erməni dilinə bənzəsə də iki dil arasında ciddi fərqlər var. Hətta Marqarita Simonyan etiraf edib ki, anam həmşini dilində danışanda həyat yoldaşım Tiqran Keosayan onu başa düşmür. Marqarita Simonyan onu da etiraf edib ki, o özü də erməni dilini yaxşı bilmir.
Onu da bildirək ki, həmşinilərin etnik kimliyi ilə bağlı fərqli fikirlər səsləndirilir. Həmşini dilinin erməni dilinə yaxın olması səbəbilə onları erməni hesab edənlər də var. Lakin, bəzi tədqiqatçılar həmşinilərin erməni olmadıqlarını bildirirlər. Əsasən Türkiyənin Rizə və Artvin rayonları ərazisində yaşayan həmşinilərin bir çoxu erməni əsilli olduqlarını inkar edirlər. Ötən əsrin 90-cı illərində Türkiyənin Baş naziri olan Məsud Yılmaz və həmin dövürlərdə Xarici İşlər Naziri Murad Qarayalçın kimi tanınmış şəxslər də etnik baxımdan həmşini olublar.
Qeyd edək ki, Marqarita Simonyan sosial şəbəkə hesabından dəfələrlə milliyətçi paylaşımlar edib. Bir qədər əvvəl Simonyanla həyat yoldaşı Tiqran Keosayan erməni diasporasının üzvləri ilə XIX əsrin sonlarında Osmanlıya qarşı üsyan qaldıran, "Arabo" ləqəbli terrorçu - Arakel Mxitaryanın yazdığı "Oyan, Lao" şeirini oxuyaraq sosial şəbəkədə paylaşıblar. Məlumat üçün qeyd edək ki, körpə erməni uşağına xitabən yazılan "Oyan, Lao" artıq erməni millətçilərinin himninə çevrilib.
Daha əvvəl də Siponyan bu cür milliyətçi paylaşımlar edib. "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında əlində avtomat silah tutan yaşlı bir qadının şəkilini paylaşıb. Həmin şəkilin üzərində isə "106 yaşlı erməni qadın öz evini qoruyur. 1990-cı il", - yazılıb.
Marqarita Simonyanın paylaşdığı şəkilə rəy yazanlar bildiriblər ki, bu şəkil Dağlıq Qarabağda Mardakert (Ağdərə) rayonunda çəkilib. "Sputnik"in baş redaktor bu şəkili paylaşmaqla həm də azərbaycanlıların 1990-cı ildə Dağlıq Qarabağa hücum etdiklərinə işarə vurur.
Tətbiqimizi yükləyə bilərsiniz