Koronavirus daşıyıcısı: "Həkimlər qorxuducu geyimlərlə bizə yaxınlaşır, yeməklərimizdə belə..."


Koronavirusa yoluxan Çin vətəndaşı xəstəxanadan yeni məlumatlar yayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 37 yaşlı Çin vətəndaşı karantin bölgəsindən şəkillər paylaşaraq koronavirusun olduqca təhlükəli həddə çatdığını bildirib: "Xəstəlik barədə heç kəs heç nə bilmir, dəqiqləşən heç bir müalicə üsulu yoxdur. Atam və mən xəstəxanaya yerləşdirilmişik. Bizə ancaq ağrıkəsici və antibiyotik verilir. Bununla necə sağalacağıq? Həkimlər qorxuducu geyimlərlə bizə yaxınlaşırlar, yeməklərimizin belə mikroblu olduğunu deyirlər".
Qeyd edək ki, Çində son 24 saatda 57 nəfər koronavirus səbəbilə ölüb. Ümumilikdə isə ölənlərin sayı 361-ə çatıb. 

Ruslan Yusifov

DİGƏR XƏBƏRLƏR

Top