Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edilib


Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edilib.
Yeniavaz.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 30-da Nərimanov rayonunda qeydə alınıb.
Naməlum şəxs saat 16:50 radələrində F.Yusifov küçəsində Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N. Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.
Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tərəfindən törədilməsi müəyyən edilib.  E. İbrahimov tutulub.

DİGƏR XƏBƏRLƏR

Top