Mingəçevir xəstəxanasında işləmək üçün pul verdi, aldadıldı - VİDEO


Mingəçevir sakini Nicat Zöhrabzadədən işə düzəlmək adı ilə pul alınıb. N. Zöhrabzadə tələb olunan pulu hesaba köçürdükdən sonra aldadıldığını başa düşüb.
Nicat Zöhrabzadə saytlardan birinə iş axtarmağı haqqında məlumat verdikdən sonra onun mobil telefonuna zəng gəlib.
Ona Mingəçevir şəhərində xəstəxanada sürücü vəzifəsində çalışmaq təklif edilib. Amma bildirilib ki, əvvəlcədən həmkarların hesabına 257 manat pul ödənilməlidir.
Həmin şəxs ilə Nicat Zöhrabzadənin iki gün telefon danışığı olub, amma sonradan onun nömrələri bloklanıb. Bundan sonra o, aldadıldığını başa düşüb.
Nicat Zöhrabzadə hadisə ilə bağlı hüquq-muhafizə orqanlarına müraciət edib.

(XəzərTV)

DİGƏR XƏBƏRLƏR

Top