Gədəbəydə mikroavtobusla minik avtomobili toqquşub - ölən və xəsarət alanlar var


Gədəbəydə mikroavtobus minik avtomobili toqquşub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Slavyanka kəndində qeydə alınıb. “Qazel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik maşınının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Hadisə zamanı 7 nəfər - 1985-ci il təvəllüdü İsmayılov Sail Şamil oğlu, 2002-ci il təvəllüdlü Abbasov Coşqun Ələkbər oğlu, 1985-ci il təvəllüdlü Budaqov Emin Zakir oğlu, 1963-cü il təvəllüdlü Ələkbərov Ağa Ələkbər oğlu, 1964-cü il təvəllüdlü Məmmədəliyeva Mənzər Mikayıl qızı, 1996-cı il təvəllüdlü Sadıqova Solmaz İslam qızı, 1967-ci il təvəllüdlü Şəmilova Şəhla İsgəndər qızı xəsarət alıb.

Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top