Məhkəmə icra hakimiyyətinin vəzifəli şəxsinin cəzasını artırdı - QƏRAR


Şirvan Apelyasiya Məhkəməsində Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Siyəkü kənd inzibati ərazisi üzrə keçmiş nümayəndəsi Zahirov Xanəhməd Sahib oğlunun cinayət işi üzrə verilmiş protestə dair məhkəmə prosesi başa çatıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, prosesdə qərar elan edilib. Qərarla Astara rayon Məhkəməsinin hökmü dəyişdirilib. Dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən X. Zahirov barəsində tətbiq edilən Cinayət Məcəlləsinin 62-ci maddəsi ləğv edilib. Yeni hökmlə o 5100 manat cərimə cəzasına məhkum olunub.
Qeyd edək ki, Astara rayon Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilmiş prosesdə X. Zahirov barəsində Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza) maddəsi tətbiq edilib və o, 1000 manat cərimələnib.
Dövlət ittihamçısı hökmlə razılaşmayaraq apelyasiya protesti verib.
Qeyd edək ki,  Astara İcra hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zahirov Xanəhməd Sahib oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunub. İttihama görə, o, kənd sakininin etibarında sui-istifadə edərək ona pay torpağı verəcək adı ilə dələduzluq edib.

DİGƏR XƏBƏRLƏR

Top