
Mingəçevir Gənclər evinin təşkilatçılığı ilə keçirilən “Gənclərin şəxsi inkişaf və karyera məktəbi” proqramının ilk qonağı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov olub.
Yeniavaz.com xəbər verir ki, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Günü ərəfəsində “Gənclərin şəxsi inkişaf və karyera məktəbi” proqramının icrasına başlanılıb. Proqramın açılışında gənclər, könüllülər, mediya nümayəndələri və müxtəlif qurumların əməkdaşları iştirak edib. Proqramın ilk qonağı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov olub. O, gənclərin suallarını səmimi şəkildə cavablandıraraq 2 fevral Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib və karyera planlaşdırılması sahəsində öz tövsiyələrini verib: "Asan yol yoxdur, ancaq məndə hər zaman özümə inam olub. Daim öz üzərimdə çalışmışam, təşəbbüskar olmuşam. Mənə görə insan qarşıya qoyulan məqsədə doğru düzgün yolla gedirsə, daim o məqsədə çatmağa nail olacaq".

Esmira Hidayətova, Mingəçevir.
Tətbiqimizi yükləyə bilərsiniz