
Rusiyanın Orlov vilayətindəki bir fabrikdə şiddətli partlayış baş verib.
Yeniavaz.com-un xaricic KİV-ə istinadən verdiyi xəbərə görə, bu zaman 5 nəfər dünyasını dəyişib. Hadisə nəticəsində ölənlərdən 4-ü Türkiyə vətəndaşıdır. 3 nəfər isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Daha 1 nəfərin isə dağıntılar altında qaldığı ehtimal edilir.
Kauçuk istehsal edən fabrikdə meydana gələn partlayış vilayətin Miçensk şəhərində baş verib. Ölkənin Fövqəladə Hallar Nazirliyi ərazidə axtarış-xilasetmə tədbirlərini davam etdirir.
Tətbiqimizi yükləyə bilərsiniz