
İranın paytaxtı Tehranda çox sayda ABŞ və İsrail bayrağı istehsal edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İran və ABŞ arasında artan gərginliyə görə, Tehranda rekord sayda ABŞ və İsrail bayrağı istehsal olunub. Buna səbəb etirazçıların mitinqdə çox sayda ABŞ və İran bayrağı yandırması olub. Verilən məlumatlara görə, ay ərzində İranda 2 min İsrail və ABŞ bayrağı istehsal olunur. Tehranın cənub-qərbindəki bayraq hazırlanan fabrikin rəhbəri bildirib ki, ABŞ və İsrailin etdikləri qarşısında onların bayrağının yandırılması ən zəif cavablardan biridir.
Ruslan Yusibov
Tətbiqimizi yükləyə bilərsiniz