Qarabağda erməni əsgərlər bir-birini öldürür

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri həlak olub.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, 2000-ci il təvəllüdlü hərbi qulluqçu Vaqram Avaqyan aldığı güllə yarasından ölüb.
Bildirilir ki, hadisə 30 yanvar saat 13:15 radələrində olub. Hadisənin hərbi hissələrinin birində baş verdiyi qeyd olunur.
Qeyd edək ki, son zamanlar Dağlıq Qarabağdakı işğalçı ordunun əsgərləri arasında ölüm hallarının sayı sürətlə artmaqdadır. 2 gün əvvəl Dağlıq Qarabağdakı Ermənistan ordusunun 2 əsgəri - Ayk Zakaryan və Armen Mesropyan güllə yarası alıblar. Əsgərlərdən biri - Zakaryan başından güllə yarası alıb və İrəvan hərbi hospitalına çatdırılıb. Əsgərin vəziyyətinin  ağır olduğu bildirilir. Armen Mesropyan adlı əsgər isə sağ əlindən güllə yarası alıb.

DİGƏR XƏBƏRLƏR

Top