Brayantın öldüyü helikopter qəzası barədə yeni məlumat - Bu cihaz yox imiş


Məşhur basketbolçu Kobe Brayant və daha 8 nəfərin öldüyü helikopter qəzası haqqında yeni məlumat ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, qəzanı araşdıran rəsmi şəxslər Brayantın olduğu helikopterdə "TAWS" (Terrain awareness and warning system - Ərazi məlumatlandırma və xəbərdarlıq sistemi) adlı xəbərdar edici cihazın olmadığını açıqlayıblar. Həmin cihaz pilota uçduğu ərazi barədə məlumatlar verir. Pilot bəhs edilən cihaz vasitəsilə yerə və ya maneəyə nə qədər yaxın olduğu barədə məlumat alır.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni pilot Ara Zobayanın idarə etdiyi helikopterin qəzaya uğraması səbəbilə NBA oyunçusu Kobe Brayant və 8 nəfər dünyasını dəyişmişdi.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top