"Ayda 6140 manat alıram, vicdanıma and olsun ki, dövlətdən bir manat da götürməmişəm” - Tağı Əhmədov


Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov SPACE TV-nin “Sadə həqiqətlər” verilişində qalmaqala səbəb olan açıqlama verib.

Yeniavaz.com xəbər verir ki, Tağı Əhmədov rəis olduğu dövrdə ağılla pul qazandığını və dövlətin pulundan oğurlamadığını deyib: “Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Məndə ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm".

DİGƏR XƏBƏRLƏR

Top