Ayətullah Xamenei "Twitter"də rus dilində hesab açdı


İranın ali lideri Ayətullah Əli Xamenei "Twitter"də rus dilində hesab açıb. Səhifədə yayımlanan ilk mesajda deyilir: "Mərhəmətli, Rəhmli Allahın adı ilə!". Bu qeyd İranın ali rəhbərinin ingilisdilli mikrobloqunda da yerləşdirilib.

Xameneinin profilində bildirilir ki, səhifədə "İslam inqilabı liderinin xəbərləri, mesajları və çıxışları" dərc ediləcək. Elə oradaca bütün materialların rus dilində təqdim olunduğu Xamenei veb saytına keçid də var.

Xatırladaq ki, bundan əvvəl "Twitter" İranın ali lideri Əli Xameneinin ingilis dilində məlumat yaydığı rəsmi hesabını müvəqqəti bağlamışdı. Yeri gəlmişkən, onun ingilisdilli "Twitter" hesabından əlavə fars, fransız və ərəb dillərində səhifələri də var.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top