"Avtoşluq" edib video yayan sürücülər həbs edildi - FOTO - VİDEO


Yol polisi sosial şəbəkələrə ciddi nəzarət edir

Bakıda "Saipa" markalı avtomobillərlə avtoxuliqanlıq edib çəkdikləri videonu sosial şəbəkədə yayan sürücülər həbs edilib. Yeiavaz.com xəbər verir ki, Videogörüntülər Avtosfer.az saytında dərc edildikdən sonra Bakı şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları həmin sürücülərin saxlanılması ilə bağlı tədbir keçirib. Sürücülər saxlanıldıqdan sonra barələrində protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə aparılıb. Məhkəmə tərəfindən 1998-ci il təvəllüdlü Vəliyev Fərhad Fikrət oğlu və 1999-cu il təvəllüdlü İsmayilov Rəvan Ceyhun oğlu 15 gün həbs cəzasına məhkum edilib.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sosial şəbəkədə yayılan bu cür neqativ videoları yayan sürücülərə ciddi nəzarət edir.


DİGƏR XƏBƏRLƏR

Top