Moskvaya uçan təyyarə quş sürüsü ilə toqquşdu, Bakıya eniş etdi


Bu gün saat 20:31-də Bakıdan Moskvaya yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Bu barədə Yeniavaz.com-a AZAL-dan məlumat verilib.

Məlumata görə, Bakı vaxtı ilə saat 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top