Elmar Məmmədyarov ilə erməni həmkarının görüşü 7 saat davam edib


Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

XİN-dən Yeniavaz.com-a daxil olan məlumata görə, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.

Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Məlumatda bildirilib ki, sabah danışıqların növbəti raundu keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top