
Hazırda Avropa ölkələri arasında maye qazın (LPG) ən ucuz satıldığı ölkə Ermənistan hesab olunur.
Yeniavaz.com xəbər verir ki, Ermənistanda LPG-nin 1 litrinin qiyməti 0,33 avroya (milli valyuta ilə 174 drama) bərabərdir. İkinci sırada yer alan Rusiyada LPG-nin 1 litri 0,34 avroya (23,3 rubl) satılır. Üçüncü sırada qərarlaşan RusiyAzərbaycanda 1 litr LPG-nin qiyməti 0,35 avro təşkil edib.
Avropada LPG ən yüksək qiymətə Niderlandda satılır. Bu ölkədə LPG-nin 1 litrinin qiyməti 0,90 avroya bərabərdir.
Yanvar ayında Avropa ölkələrində 1 litr LPG-nin mövcud qiymətlərini təqdim edirik:
| Ölkələr | Qiyməti (Avro ilə) | Qiyməti (Milli valyta ilə) | 
| Ermənistan | 0,33 € | 174 AMD | 
| Rusiya | 0,34 € | 23,3 RUB | 
| Azərbaycan | 0,35 € | 0,65 AZN | 
| Belarus | 0,40 € | 0,93 BYN | 
| Ukrayna | 0,47 € | 12,65 UAH | 
| Moldova | 0,50 € | 9,57 MDL | 
| Bolqarıstan | 0,50 € | 0,97 BGN | 
| Gürcüstan | 0,51 € | 1,65 GEL | 
| Albaniya | 0,51 € | 62 ALL | 
| Şimali Makedoniya | 0,52 € | 32 MKD | 
| Rumıniya | 0,55 € | 2,63 RON | 
| Lüksemburq | 0,55 € | |
| Çexiya | 0,56 € | 14,1 CZK | 
| Polşa | 0,57 € | 2,39 PLN | 
| Sloveniya | 0,58 € | |
| Litva | 0,59 € | |
| Türkiyə | 0,60 € | 3,94 TRY | 
| Belçika | 0,60 € | |
| Latviya | 0,60 € | |
| Slovakiya | 0,61 € | |
| İtaliya | 0,63 € | |
| Xorvatiya | 0,63 € | 4,68 HRK | 
| Estoniya | 0,66 € | |
| Almaniya | 0,66 € | |
| İrlandiya | 0,69 € | |
| Serbiya | 0,71 € | 83,9 RSD | 
| İspaniya | 0,72 € | |
| Böyük Britaniya | 0,72 € | 0,62 GBP | 
| Portuqaliya | 0,74 € | |
| Norveç | 0,74 € | 7,35 NOK | 
| Macarıstan | 0,75 € | 249,9 HUF | 
| Avstriya | 0,77 € | |
| Yunanıstan | 0,82 € | |
| İsveçrə | 0,83 € | 0,90 CHF | 
| İsveç | 0,85 € | 9 SEK | 
| Fransa | 0,87 € | |
| Niderland | 0,90 € | 
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                