Deputatlığa namizədlər arasında DTX işçisi olan yeganə şəxs kimdir? - Atası nazir olub - FOTOLAR


11 gündən sonra - fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlər barədə məlumatlar, onların tərcümeyi-halı seçicilər tərəfindən maraqla qarşılanır.
Yeniavaz.com xəbər verir ki, namizədlərlə bağlı diqqət çəkən məqamlardan biri də onlarin iş yerləri və peşələri ilə bağlıdır. Mərkəzi Seçki Komissiyasının açıqlandığı siyahıdan belə görünür ki, namizədlər arasında çoxlu sayda işsiz var. Lakin, fərqli sahələrdə, o cümlədən özləl şirkətlərdə və dövlət qurumlarında çalışan namizədlərin də sayı kifayət qədərdir. Namizədlərlə bağlı maraqlı məqamlardan biri də odur ki, onların arasında hüquq-mühafizə orqanlarında çalışanlara demək olar ki, rast gəlmək mümkün deyil. Hüquq-mühafizə orqanlarında çalışan yalnız bir nəfərin namizədliyi qeydə alınıb. 46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınan Camalov Rəşad Yavər oğlu Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu olan Rəşad Camalov Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinə rəhbərlik edib. Rəşad Camalov eyni zamanda Şirvanın sabiq icra başçısı, hazırda isə Zərdab rayon İcra hakimiyyətinin başçısı olan Mərdan Camalovun qardaşı oğludur.


A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top