
Yevlaxda kanalda batan şəxsin kimliyi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Qarabağ kanalında batan şəxsin, 1965-ci il təvəllüdlü Şölə Nağı qızı Rəsulova olması müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda qadının axtarışları davam etdirilir.
Esmira Hidayətova, Yevlax