
Məlum olduğu kimi, 2019-cu ilin dekabr ayından etibarən Çinin Uhan bölgəsində ortaya çıxan və başqa ölkələrə də yayılan koronavirus səbəbilə ölənlərin sayı hər keçən gün artmaqdadır.
Yeniavaz.com beynəlxalq səhiyyə təşkilatlarlının və ayrı-ayrı ölkələrin səhiyyə qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, bugünə - 29 yanvar 2019-cu il tarixinə olan məlumata görə ümumilikdə 132 nəfər koronavirus səbəbindən həyatını itirib.
Ölüm hallarının hamısı Çində qeydə alınıb. Koronavirusa yoluxan xəstələrin sayı isə 6087-yə yüksəlib ki, bunun da 5991-i Çində qeydə alınıb.
Ölkələr üzrə koronavirusa yoluxan və həyatını itirənlərin sayı belə olub (29.01.2020):
| Ölkələr | Koronavirusa yoluxanlar | Koronavirusdan ölənlər | 
| Çin | 5991 | 132 | 
| Tayland | 8 | - | 
| Honkonq | 8 | - | 
| Tayvan | 7 | - | 
| Sinqapur | 7 | - | 
| Makao | 7 | - | 
| Sinqapur | 7 | - | 
| Yaponiya | 7 | - | 
| Avstraliya | 5 | - | 
| ABŞ | 5 | - | 
| Cənubi Koreya | 4 | - | 
| Malaziya | 4 | - | 
| Fransa | 4 | - | 
| Vyetnam | 2 | - | 
| Almaniya | 1 | - | 
| Kamboca | 1 | - | 
| Kanada | 1 | - | 
| Nepal | 1 | - | 
| Şri-Lanka | 1 | - | 
| CƏMİ | 6087 | 132 | 
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                