Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, yanvarın 28-də saat 20 radələrində Balakən şəhəri ərazisində rayon sakini Rəhman Cəyiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Balakən şəhər sakini Sübhan Əfəndiyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.