Qonşu ölkədə deputat və həyat yoldaşı ÖLDÜRÜLÜB


Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA TASS-a istinadla xəbər yayıb. Bildirilib ki, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.
İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.
Hüquq-mühafizə orqanları araşdırma aparır. 

DİGƏR XƏBƏRLƏR

Top