Azərbaycanda koronavirusdan 12 nəfərin ölməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

"1987-ci il təvəllüdlü Əliyeva Gülnar Namaz qızı iki gün öncə Mərkəzi Klinik Xəstəxanada vəfat edib"

Yeniavaz.com xəbər verir ki, bu sözləri jurnalist Həbib Müntəzir özünün feysbuk hesabında paylaşıb. 

Həbib Müntəzir qeyd edib ki, Gülnar Əliyeva bir neçə gün öncə ağciyərlərin iltihablanması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 

"Sədərəkdə kiçik sahibkar kimi işləyirdi. Sədərəkdə Çin mallarının sıx satıldığı yer idi. Həkim xəstə yaxınlarına deyib ki, eyni diaqnozla artıq 12 nəfər dünyasını dəyişib. Bu məlumat panika filan yaratmaq üçün deyil, sadəcə rəsmi orqanlar mütləq şəkildə əhalini məlumatlandırmalıdır və maarifləndirməlidir. Xəstəlikdən maksimum qorunmanın yollarını anlatmalıdır, əlavə tədbirlər görülməlidir. Gizlətməklə nəsə etmək çıxış yolu deyil, bunu illərdir deyirik", - deyə o əlavə edib.

Mərkəzi Klinik Xəstəxanın baş həkimi Kamran Musayev baku.ws-ə bildirdi ki, yazılan bütün məlumatlar yalandır: “Bütün bu xəbərlər həqiqəti əks etdirmir. Bizim xəstəxanada ölüm qeydə alınmayıb. Ümumiyyətlə, bizim xəstəxanaya Gülnar Namaz qızı Əliyeva adlı xəstə daxil olmayıb”. Səhiyyə Nazirliyindən isə Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmadığını və bu diaqnozun heç kimə qoyulmadığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top