Süleymaninin qətlini təşkil edən CIA agenti öldürüldü - İDDİA


Dünən Əfqanıstanda qəzaya uğrayan ABŞ təyyarəsində ölənlər arasında CIA-in vacib əməkdaşlarından birinin olduğu iddia edilir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İran mediası general Qasım Süleymaniyə sui-qəsd təşkil edən CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti Maykl D Andreanın dünən Əfqanıstanda Taliban tərəfindən vurulan təyyarə öldüyünü iddia edib. Taliban isə məlumatın hələ dəqiqləşmədiyini bildirib:
"Təyyarədə ölən şəxslərin hamısı yanıb. Onların kim olduqlarının dəqiqləşməsi üçün araşdırma aparılacaq".
Qeyd edək ki, Maykl D Andrea CIA-in ən nüfuzlu kəşfiyyatçılarından sayılır. 2008-ci ildə "Hizbullah"ın baş qərargah rəisi İmad Muğniyənin də məhz Maykl D Andrea tərəfindən öldürüldüyü bildirilir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top