Müdafiə Sənayesi Nazirliyinə məxsus "Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC-nin direktoru Malik Məmmədov vəzifəsindən azad edilib. Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, onu Rasim Gözəlov əvəz edib. Yeni direktor bundan əvvəl Nazirliyin tabeliyindəki "Avia-Aqreqat Zavodu” MMC-nin direktor müavini olub. Qeyd edək ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.