Goranboyda yaşayış evində yanğın baş verib


Goranboy rayonunun Borsunlu kəndində 4 otaqlı evdə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, yanğın zamanı alov qısa müddətdə ətrafa yayılıb. Hadisə yerinə yanğınsöndürən çağrılıb və yanğın nəzarətə götürülüb. Yanğın zamanı ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli, 4 otaqlı evin bir otağının qamışdan ibarət tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğının baş vermə səbəbləri araşdırılır.
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top