Polisdən Fatimə Mövlamlı ilə bağlı RƏSMİ AÇIQLAMA


“Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır”.

Yeniavaz.com-un xəbərinə görə, bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, o, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır.

Qeyd edək ki, blogger Fatimə Mövlanlı sosial şəbəkə hesabıda Prezident Admistrasiyanın önündə çəkiliş aparan zaman polislər tərəfindən tutulduğunu və ona təzyiqlərin edildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top