AZAL Çinə bilet alan sərnişinlərə müraciət etdi


Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.
AZAL-dan Yeniavaz.com-a verilən məlumata görə, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə əlaqə saxlamaq olar:
https://help.azal.az/hc/az/requests/new.

DİGƏR XƏBƏRLƏR

Top