Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopter qəzasında 13 yaşlı qızı ilə birlikdə dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantla bağlı Tvitter səhifəsində paylaşım edib.
Ərdoğan basketbolçunun ölümü ilə bağlı bunları yazıb:
“Saysız-hesabsız idmançıya basketbolu sevdirən əfsanə Kobi Brayantın ölümünə görə dərin kədər hissi duyuram. Bir basketbolsevər və Türkiyə Prezidenti olaraq onun ailəsinə və sevənlərinə dərin üzüntümü çatdırır, başsağlığı verirəm”.
qafqazinfo