“Beşiktaş”ın yeni baş məşqçisi bəlli oldu – Eks-beşiktaşlıdır


Türkiyənin böyük futbol klublarından “Beşiktaş”ın yeni baş məşqçisi Sergen Yalçın olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün 47 yaşlı baş məşqçi “Beşiktaş”ın stadionu “Vodafone Park”a dəvət edilib və onunla 1,5 illik müqavilə bağlanıb.
Xatırladaq ki, klubun idarə heyəti yanvar ayının 24-də alınan pis nəticələrə görə baş məşqçi Abdullah Avcı ilə müqaviləni ikili razılıq əsasında ləğv etmişdi.
Onu da bildirək ki, S. Yalçın futbolçu ikən kariyerasının 10 ilini “Beşiktaş”da keçirib.
 

DİGƏR XƏBƏRLƏR

Top