Qardaş ölkədə daha bir zəlzələ baş verdi: Bu dəfə İstanbulda


Türkiyənin Kandilli Rəsədxanasının məlumatlarına görə İstanbul şəhərində 3,1 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
Türkiyə mətbatına istinadla xəbər verir ki, zəlzələnin mərkəzi Şile rayonu olaraq qeydə alınıb və 5,5 kilometr dərinlikdə baş verib.
Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 38 nəfər ölüb, 1607 nəfər xəsarət alıb. Xilasetmə tədbirləri hələ də davam etməkdədir.

DİGƏR XƏBƏRLƏR

Top