
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı açıqlanıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib ki, XİN başçıları arasında növbəti görüş yanvarın 29-30-da Cenevrədə baş tutacaq.