Koronavirusa yoluxan xəstə nələr hiss etdiyini DANIŞDI: "Vəziyyətim ağırlaşır"


Çinin Vuhan şəhərindən yayılmağa başlayan koronavirusa yoluxan 48 yaşlı xəstə sağlamlıq vəziyyəti ilə bağlı danışıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Fransada “Bordeaux” xəstəxanasında karantinə alınan 3 koronavirus xəstəsindən biri 48 yaşlı Çin əsilli Fransa vətəndaşı vəziyyəti ilə bağlı jurnalistlərə məlumat verib. O, şərabçılıqla məşğul olduğunu və buna görə də Vuhana tez-tez getdiyini deyib:
“Bu xəstəlik Vuhanda ötən həftədən etibarən yayılmışdı. Lakin insanlar bunu o qədər də ciddi qəbul etmirdilər. Böyük ehtimal xəstəlik mənə virusun yayıldığı balıq bazarının yaxınlığındakı dayanacaqda olan zaman keçib. Səhhətimlə bağlı vəziyyətim ağırlaşır, temperaturum hələ də yüksəkdir və daha çox öskürürəm. Lakin buna görə narahat olmuram, həkimlərə güvənirəm”.
Həkimlərin otaqlara xüsusi geyimlə gəldiklərini və koronavirusun müalicəsinin olmadığını qeyd edən 48 yaşlı xəstə, yalnız ağrıkəsici dərmanlar verildiyini bildirdi. 
Həkimlər xəstənin temperaturunun yüksək olmasına və öskürəyinin çox olmasına baxmayaraq vəziyyətinin yaxşı olduğunu bildirdilər.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top