Malayziyada oyun vaxtı meydana 2 metr uzunluğunda piton girib

Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən qolf turniri meydana 2 metr uzunluğunda pitonun girməsi səbəbindən dayandırılıb. "Daily Mail" xəbər verir ki, "PGA Tour" adlı yarışın təşkilatçıları ilan ovu xidmətinə müraciət edib. Mütəxəssislər pitonu tutaraq xüsusi kisəyə yerləşdiriblər. Bundan sonra turnir davam etdirilib. Qeyd edək ki, 1991-ci ildən istifadədə olan qolf sahəsində vəhşi heyvanlara tez-tez rast gəlinir.

Report

DİGƏR XƏBƏRLƏR

Top