İranın Xarici İşlər Naziri Cavad Zərif baş vermiş güclü zəlzələ səbəbilə Türkiyəyə kömək təklif edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Cavad Zərif Türkiyənin Xarici İşlər naziri Məvlud Çavuşoğlu ilə telefon danışığında zəlzələ səbəbilə zərəçəkənlər yardım etmək üçün hazır olduqlarını bildirib. Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ bölgəsində 6,8 bal gücündə şiddətli zəlzələ baş verib. Hadisə nəticəsində 22 nəfər dünyasını dəyişib, 1031 nəfər isə yaralanmışdı. Zəlzələnin baş verdiyi ərazidə axtarışlar davam edir.